Poqba MLS-in bir addımlığında
Pol Poqba futbola qayıdır. 32 yaşlı futbolçu “İnter Mayami”yə keçməyə qərar verib.
Azad agent olan fransalı yarımmüdafiəçi ilə MLS təmsilçisi arasında danışıqlar yekunlaşmaq üzrədir. Poqbanın qərarına Lionel Messinin də bu klubda oynaması da təsir edib.
Polun son klubu “Yuventus” olub. Fransalının müqaviləsi ötən ilin oktyabrında ləğv edilib.