Poqba Fransa klubuna keçməyəcək
Pol Poqbanın taleyinə aydınlıq gəlib. Belə ki, o, “Nitsa”ya transfer olunmayacaq.
Bunu Fransa təmsilçisinin idman direktoru Florian Moris açıqlayıb. Klub rəsmisi yarımmüdafiəçini transfer edə bilməyəcəklərini bildirib.
Buna səbəb futbolçunun oyun praktikasının yoxluğudur.
Qeyd edək ki, Poqba “Mançester Yunayted” və “Yuventus” kimi klubların şərəfini qoruyub.