Poqba bərpa prosesi keçir
“Yuventus”un futbolçusu Pol Poqbanın durumuna aydınlıq gəlib. Zədə üzündən Fransa yığması ilə DÇ-2022-yə getməyən yarımmüdafiəçi əməliyyat sonrası bərpa prosesi keçir.
Hələ komanda məşqlərinə qatıla bilməyən Poqba yanvarın sonunda meydana çıxa biləcək. O, “Napoli” ilə ayın 13-dəki görüşü də buraxacaq.
Qeyd edək ki, Pol yayda “Mançester Yunayted”lə müqaviləsi bitdikdən sonra azad agent statusu ilə Turin klubuna qayıdıb.