Polşa Rusiya ilə oynamaqdan imtina etdi
Polşa millisi DÇ-2022-nin pley-off oyunlarında Rusiya yığması ilə oynamaqdan imtina edib. Buna səbəb Ukrayna ilə Rusiya arasında vəziyyətin gərginləşməsidir.
Polşa Futbol İttifaqının rəhbəri Sezar Kuleşa bu barədə öz tvitter hesabında yazıb. O, qeyd edib ki, mövqelərini FİFA-ya çatdırmaq üçün danışıqlar aparırlar:
“Kifayət qədər danışmışıq, indi hərəkət etmək vaxtıdır! Polşa millisi Ukraynada vəziyyətin gərginləşməsi səbəbindən Rusiya millisi ilə pley-offda oynamaq niyyətində deyil.
Bu, yeganə düzgün qərardır. Biz ümumi mövqeyi FİFA-ya çatdırmaq üçün Çexiya və İsveç federasiyaları ilə danışıqlar aparırıq”.