Polanski rəsmən “Borussiya”da
“Borussiya”nı müvəqqəti çalışdıran Oyqen Polanskinin vəzifəsi müəyyənləşib. Bunu Münhenqladbax klubunun mətbuat xidməti açıqlayıb.
39 yaşlı mütəxəssis komandanın əsas baş məşqçisi təyin edilib.
Polşalı çalışdırıcı ilə 2028-ci ilə qədər müqavilə imzalanıb. O, 2025-ci ildən “Borussiya”nın baş məşqçisi vəzifəsini icra edir. Polanski Herardo Seoaneni istefaya göndərməsindən sonra komandanın “sükanı arxası”na keçib.
Onun rəhbərliyi altında komanda 8 matçda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə məğlub olub.
Qeyd edək ki, “Borussiya” Bundesliqada 10 turdan sonra 9 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.













