Pol Corc bir neçə həftə kənarda qalacaq

Pol Corc bir neçə həftə kənarda qalacaq

“Klippers”in basketbolçusu Pol Corcun durumuna aydınlıq gəlib. Ulduz hücumçu daha bir neçə həftə buraxmalı olacaq.

O, hazırda bərpa prosesi keçir. Pol sonuncu dəfə dekabrın 22-də meydana çıxıb. Öncədən onun 3-4 həftəyə qayıdacağı gözlənilirdi.

Corcun iştirak etdiyi matçlarda los-anceleslilər 17 qələbə qazanıb və 15 dəfə uduzub. Onun yoxluğunda 13 qarşılaşmada yalnız 5 qələbə əldə olunub.

ETOPAZ

Əvvəlki yazı

Nəhənglərsiz 1/4 final: 15 ildən sonra

Növbəti yazı

“Everton”da yeni baş məşqçi