Plişkovadan erkən vida
Karolina Pıişkova Ştutqartdakı turnirlə erkən vidalaşıb. Dünyanın 7-ci raketkası 2-ci mərhələdə mübarizəni dayandırıb.
O, Lyudmila Samsonovaya uduzub – 4:6, 4:6. Bu, reytinqdə 31-ci olan rusiyalı üçün “Top-10”dakı rəqiblər üzərində ilk qələbə olub.
Samsonovanın 1/4 finaldakı rəqibi hələ müəyyənləşməyib. Bu, Mariya Sakkari və Laura Ziqemund arasında matçda bəlli olacaq.