Plişkova dörd ildən sonra 1/8 finalda
Karolina Plişkova “Australian Open”də növbəti qələbəsini qazanıb. Dünyanın sabiq birinci raketkası üçüncü mərhələni uğurla adlayıb.
O, Varvara Qraçevanı məğlub edib – 6:4, 6:2. Çexiyalı 2019-cu ildən sonra ilk dəfə “Australian Open”in ikinci həftəsinə, 1/8 finala qədər irəliləyib. Həmin vaxt Karolina yarımfinala qədər yüksəlib.
Hazırda dünyanın 31-cisi olan Plişkova 14-cü dəfə “Böyük dəbilqə”lərin 1/8 finalında oynayacaq. O, Melburnda buna 4-cü dəfə nail olub.