Pley-offda finalçılar müəyyənləşdi
Çempionşipin pley-offunda final cütü müəyyənləşib. Premyer Liqaya vəsiqə uğrunda həlledici matçın ikinci iştirakçısı “Nottinqem Forest” olacaq.
Öz meydanında “Şeffild Yunayted”ə 1:2 hesabı ilə uduzan “Forest” ilk qarşılaşmada eyni nəticə ilə qalib gəldiyi üçün matçı penaltilər seriyasına daşıyıb. Burada daha dəqiq olan nottinqemlilər qələbə qazanıb – 3:2.
Mayın 29-da keçiriləcək finalda “Nottinqem Forest”in rəqibi “Luton”a qalib gələn (1:1, 1:0) “Haddersfild” olacaq. Bu komanda Premyer Liqaya üçüncü vəsiqəyə sahib çıxacaq.
Qeyd edək ki, “Fulhem” və “Bornmut” da 2022/23 mövsümündə elitada çıxış edəcək.