Pley-offda 15-ci qələbə

Pley-offda 15-ci qələbə

“Mançester Siti” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Atletiko”nu 1:0 hesabı ilə məğlub edib. Bu, İngiltərə klubunun Pep Qvardiolanın rəhbərliyi altında turnirin pley-offunda qazandığı 15-ci qələbə olub.

İspaniyalı mütəxəssis 23 qarşılaşmada buna nail olub. O, “Barselona”da çalışdığı müddətdə Çempionlar Liqasının pley-offunda daha az – 14 qələbə qazanıb. 26 görüşdə əldə olunan bu qalibiyyətlər iki titul üçün yetərli olub. Onun yetirmələri 2008/09 və 2010/11 mövsümlərində yarışın qalibi adını qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Osaka kənarda qaldı

Növbəti yazı

“Liverpul”un tarixində yeni rekord