Pley-off tarixində ilk

Pley-off tarixində ilk

“Finiks”in basketbolçusu Kris Pol NBA tarixinə düşüb. O, pley-offda bir oyunda hamısı dəqiq olmaqla oyundan ən çox atış müəllifi kimi rekord vurub.

Kris pley-offun birinci mərhələsinin “Nyu Orlean”la görüşündə fərqlənib. Onun 14 atışının hamısı komandasına xal gətirib. Pol ümumilikdə 33 xal toplayıb.

NBA tarixində yalnız Uilt Çemberlen daha yaxşı göstəriciyə malikdir. Əfsanəvi basketbolçu bir matçda 18, digərində 16 atışın hamısında dəqiq olub. Lakin Uilt hər iki halda müntəzəm çempionatda fərqlənib.

4 cərimə atışlarında 100 faizlik nəticə göstərən Pol ümumilikdə 18 cəhdin hamısında xal qazanıb. O, NBA-da sayğacdan istifadə olunduğu müddətdə buna nail olan 5-ci, pley-offda 1-ci oyunçu olub.

Qeyd edək ki, 115:109 hesabı ilə qalib gələn “Finiks” seriyada 4:2 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Van-Bissakaya yeni müştəri

Növbəti yazı

Rudigerin transfer şərtləri müəyyənləşdi