Pley-in cütlükləri bəlli oldu

Pley-in cütlükləri bəlli oldu

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşıb. 20 turluq mübarizədən sonra komandaların yarışı hansı mərhələdə davam etdirəcəkləri müəyyənləşib.

A qrupunun lideri “Sabah”, ikinci olan “Naxçıvan” və 3-cü yeri tutan “Neftçi” birbaşa pley-offa vəsiqəni təmin ediblər. Onlarla yanaşı B qrupunun qalibi “Şəki” də pley-offa çıxıb.

Reqlamentə əsasən, digər klublar isə mübarizəyə pley-in mərhələsindən start verəcəklər.

Pley-in cütlükləri:
“Sumqayıt” – “Sərhədçi”
“Gəncə” – “Lənkəran”
“Ordu” – “Quba”
“Abşeron” – NTD

Qeyd edək ki, pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 07.04.2025

Növbəti yazı

“Kəpəz”dən səfər qələbəsi