Pirlonun yeni klubu müəyyənləşdi
“Yuventus”un sabiq baş məşqçisi Andrea Pirlonun yeni klubu müəyyənləşib. İtaliyalı mütəxəssis “Fatih Karagümrük”də təyinat almağa yaxındır.
43 yaşlı çalışdırıcının yaxın zamanda Türkiyə klubu ilə müqavilə imzalayacağı gözlənilir. Sözləşmə 2024-cü ilə qədər nəzərdə tutulub.