Pioliyə iki əvəzləyici
“Milan” baş məşqçisi Stefano Piolini əvəzləyə biləcək mütəxəssisləri müəyyənləşdirib. Bu posta iki namizəd var.
Pioli mövsümün gedişində və ya yayda istefaya göndərilsə, Antonio Konte və Roberto de Dzerbi arasında seçim ediləcək. Hazırda Konte “Tottenhem”in, De Dzerbi “Brayton”un baş məşqçisidir.
Pioli 2019-cu ilin oktyabrından “Milan”ı çalışdırır. Ötən mövsüm çempionluq qazanıan komanda hazırda turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.