Pioli “Napoli”nin hədəfində
“Milan”da ayrılıq baş verə bilər. Stefano Pioli yayda komandanı tərk etməyə yaxındır.
Onun xidmətində “Napoli” maraqlıdır. Klub prezidenti Aurelio De Lautentis mütəxəssisi komandasında görmək istəyir. 58 yaşlı baş məşqçinin mövsümün sonunda postundan ayrılacağı gözlənilir. Neapollular bundan yararlanmağı planlaşdırır.