Pioli “Milan”da qalacaq
“Milan”ın baş məşqçisi Stefano Piolinin taleyinə aydınlıq gəlib. O, vəzifəsində qalacaq.
Bunadək mütəxəssisin gələcəyi sual altında idi. Bildirilir ki, dünən klub prezidenti Cerri Kardinal ilə baş direktor Corcio Furlani arasında telefon danışığı olub. Bu zaman komandanın məşqçisinin yaxın vaxtlarda işdən çıxarılmaması qərara alınıb.