Pioli “Fiorentina”da
“Fiorentina”nın yeni baş məşqçisinin adı dəqiqləşib. Komandaya Stefano Pioli başçılıq edəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Son mövsümü “Əl-Nəsr”də keçirən təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Piolinin yaxın günlərdə Səudiyyə Ərəbistanı klubunu tərk edəcəyi xəbərləri yayılıb.
Qeyd edək ki, Pioli 5 mövsüm “Milan”ı çalışdırıb və bir dəfə İtaliya çempionu titulunu qazanıb.