Pikford “Everton”da qalır
İngiltərə millisinin qapıçısı Cordan Pikfordun taleyinə aydınlıq gəlib. Qolkiper “Everton”da qalacaq.
Premyer Liqa klubu onunla yeni müqavilə barədə razılıq əldə edib. Pikfordun indiki anlaşması 2024-cü ilin yayında başa çatacaq.
Cordan 2017-ci ildən Liverpul təmsilçisində çıxış edir. O, bu müddətdə 222 matç keçirib. Qapıçı 319 top buraxıb.
Qeyd edək ki, 28 yaşlı ingiltərəli cari mövsümün Premyer Liqadakı 22 oyunundan 6-a qapısını toxunulmaz saxlayıb.