Piastridən növbəti çempionluq

Piastridən növbəti çempionluq

“McLaren” komandasının pilotu Oskar Piastri Belçika Qran Prisinin qalibi olub. Onun komanda yoldaşı Lando Norris ikinci, “Ferrari”dən Şarl Lekler isə üçüncü yeri tutub.

“Red Bull” komandasından dördqat və hazırkı dünya çempionu Maks Ferstappen 4-cü olub. Yeddi qat dünya çempionu və Leklerin komanda yoldaşı Lyuis Hemilton 7-ci pillədə qərarlaşıb.

Formula 1 üzrə 2025-ci il dünya çempionatında Piastri 266 xalla liderliyini davam etdirir. Norris 250 xalla ikinci, Ferstappen isə 185 xalla üçüncü yerdədir.

ETOPAZ

Əvvəlki yazı

”Qəbələ”dən ev qələbəsi

Növbəti yazı

Millimiz çempion oldu