Pevtsovun yarışı təxirə salındı

Pevtsovun yarışı təxirə salındı

Paris-2024 Yay Olimpiya Oyunlarının triatlon yarışı sabaha təxirə salınıb. Azərbaycan idmançısı Rostislav Pevtsovun iştirak edəcəyi yarış bu gün baş tutmalı idi.

Lakin iyulun 30-da saat 03:30-da keçirilən iclasda təxirəsalınmaya qərar verilib. Toplantıda Paris-2024-ün Təşkilat Komitəsinin, Ümumdünya Triatlonunun nümayəndələri, qurumların texniki və tibbi personalı, Beynəlxalq Olimpiya Komitəsi, “Meteo France” təmsilçiləri iştirak ediblər. Sena çayında suyun keyfiyyətini müzakirə edən iclas iştirakçıları yarışın təxirə salınmasını zəruri hesab edib.

Son hava məlumatları nəzərə alınaraq, kişilər arasında triatlon yarışının iyulun 31-nə Bakı vaxtı ilə saat 12:45-ə təyin edilməsi qərara alınıb.

ETOPAZ

Əvvəlki yazı

Hidayət Heydərov Olimpiya ÇEMPİONUDUR!

Növbəti yazı

Ramil Vəlizadə mübarizəni dayandırdı