Perişiç “Yuventus”un hədəfində

Perişiç “Yuventus”un hədəfində

“İnter”in futbolçusu İvan Perişiç karyerasını İtaliyanın digər klubunda davam etdirə bilər. Xorvatiyalı vingerin xidmətində “Yuventus” maraqlıdır.

33 yaşlı futbolçu yayda azad agent statusu alacaq. Turin təmsilçisi də bundan yararlanmağı planlaşdırır.

Onu heyətində saxlamaq istəyən “İnter”lə Perişiç arasında danışıqlar isə hələlik heç bir nəticə vermir. “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri də İvanı komandasında görmək istəyir.

ETOPAZ

Əvvəlki yazı

Matteo “Rolan Qarros”dan kənar qaldı

Növbəti yazı

Jezus üçün 50 milyon avro