Perişiç “Tottenhem”də
“İnter”in yarımmüdafiəçisi İvan Perişiç karyerasını İngiltərədə davam etdirəcək. Xorvatiya millisinin üzvü “Tottenhem”ə keçir.
33 yaşlı hücumameylli oyunçu artıq Londona yollanıb. O, bu gün tibbi müayinədən keçəcək və ardından londonlularla 2 illik müqavilə imzalayacaq. Perişiçin yeni komandasında illik maaşı 6 milyon avro olacaq. Ulduz futbolçunun “İnter”lə müqavilə müddəti başa çatdığından, bu keçid ingilislərə pulsuz başa gəlib.
Qeyd edək ki, İvan Perişiç ötən mövsüm A seriyasında 35 oyuna çıxıb, 8 qol, 7 assistlə yadda qalıb.