Perin “Yuventus”u tərk edəcək
“Yuventus”un qapıçısı Mattia Perin komandanı tərk edəcək. Qolkiper karyerasını “Cenoa”da davam etdirəcək.
Artıq klublar arasında razılıq əldə olunub. 33 yaşlı “əlcək sahibi” yanvar ayında “mavi-qırmızılar”ın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, “Yuventus” Mattia Perini 2018-ci ilin yayında məhz “Cenoa”dan transfer edib.













