Pereyra yenidən “Mançester Yunayted”də
Andreas Pereyra “Mançester Yunayted”ə qayıdacaq. “Flamenqo”da icarədə olan 26 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisinə geri dönməlidir.
Buna səbəb Pereyranın icarə müddətinin uzadılmamasıdır. Tərəflər onun Braziliya klubunda qalma müddətinin artırılması barədə razılaşa bilməyib. 2021-ci ilin avqustundan “Flamenqo”da oynayan Pereyra 45 matçda 6 qol vurub.