Pereyra Premyer Liqa yolunda
“Vulverhempton”un yeni baş məşqçisinin adı dəqiqləşib. Komandaya Vitor Pereyra rəhbərlik edəcək.
Hazırda Səudiyyə Ərəbistanın “Əl-Şabab” klubuna başçılıq edən portuqaliyalı mütəxəssis ingilis klubu ilə razılığa gəlib. “Vulverhempton” Pereyraya görə qarşı tərəfə 800 min funt sterlinq kompensasiya ödəcək. Onunla birilyarımlıq müqavilə imzalanacaq.
Qeyd edək ki, uğursiz nəticələrdən sonra “canavarlar” həftəsonu Hari Onillə yollarını ayırıblar. Komanda 16 turdan sonra turnir cədvəlində 9 xalla 19-cu pillədə qərarlaşıb.