Peresin seçimi
“Real”ın baş məşqçi postuna namizədlərdən biri bəlli olub. İspaniya klubunun sabiq futbolçusu Xavi Alonso komandaya çalışdırıcı kimi qayıda bilər.
O, Almaniyada “Bayer”in baş məşqçisidir. “Kral klubu”nun prezidenti Florentino Peres də onun təyinatının tərəfdarıdır.
Hazırkı baş məşqçi Karlo Ançelottinin yaxın müddətdə postunu tərk edəcəyi gözlənilir. “Real” Çempionlar Liqası və ölkə kubokunda büdrəsə, italiyalı ilə yollar ayrılacaq.