Peresin Mourinyo planı

Peresin Mourinyo planı

“Roma”nın baş məşqçisi Joze Mourinyo yenidən “Real”ı çalışdıra bilər. Portuqaliyalı mütəxəssis İspaniya klubunun sükanı arxasına keçməyə əsas namizəddir.

Madrid təmsilçisinin prezidenti Florentino Peres Mourinyonu indiki baş məşqçi Karlo Ançelottinin əvəzləyicisi hesab edir. İtaliyalı mütəxəssis hazırkı müqaviləsi başa çatdıqdan sonra məşqçilik fəaliyyətinə son verməyi planlaşdırır.

Qeyd edək ki, Ançelottinin anlaşması 2024-cü ilin yayında başa çatacaq. Mourinyonun italiyalılarla müqaviləsi də məhz həmin vaxta qədərdir.

ETOPAZ

Əvvəlki yazı

Maquayr satılır

Növbəti yazı

“Atletiko”da iki itki