Pepin seriyası davam edir
Pep Qvardiola Çempionlar Liqasındakı uğurlu seriyasına davam edir. “Mançester Siti”nin baş məşqçisi qitənin ən nüfuzlu klub turnirində 17 matçdır məğlub olmur.
52 yaşlı mütəxəssisin komandası dünən evdə İsveçrə “Yanq Boyz”unu 3:0 hesabı ilə məğlub etdi. Bununla da ispan məşqçinin 2022-ci il sentyabrından başlayan seriyası 17-yə çatıb.