Pepe üçün 18 milyon
Nikola Pepe “Arsenal”ı tərk edə bilər. Üç ildir İngiltərə klubunda çıxış edən yarımmüdafiəçi “Sevilya”nın hədəfindədir.
İspaniyalılar onun agenti ilə danışıqlara başlayıb. Fil Dişi Sahilindən olan futbolçunun maaşı yüksək olduğundan London klubu da onu satmaqda maraqlıdır.
“Sevilya” Pepe üçün 18 milyon avro təklif edir. Onun qiyməti 25 milyon olsa da, “Arsenal”ın güzəştə gedəcəyi gözlənilir.