“Pelikans” tarixdə 4-cü oldu
“Nyu-Orlean” pley-offa vəsiqə qazanıb. “Pelikans” pley-ində “Klippers”ə 105:101 hesabı ilə qalib gəlib.
Mövsümə 13 oyunda 1 qələbə və 12 məğlubiyyətlə başlayan Yeni-Orlean təmsilçisi uğursuz startdan sonra pley-offa yüksələn 4-cü komanda olub. Bunadək yalnız 3 klub 13 matçda 12 və ya 13 məğlubiyyət almasına baxmayaraq pley-offa vəsiqə əldə edib. 1967/98 mövsümündə “Çikaqo”, 1984/85 mövsümündə “Klivlend”, 1996/97 mövsümündə “Finiks” bunu bacarıb.
Qeyd edək ki, “Pelikans” müntəzəm çempionatda 36 qələbə və 46 məğlubiyyətlə Qərb konfransında 9-cu yeri tutub.