Pedro Bikalyo: “Bu, karyeramın ən önəmli oyunudur”
“Qarabağ” Çempionlar Liqasında növbəti matçını keçirəcək. Təmsilçimiz “Ayntraxt”ı qəbul edəcək.
Matçdan öncə ağdamlıların futbolçusu Pedro Bikalyo mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Bizim üçün önəmli matçdır. Türkiyədə təlim-məşq toplanışımız oldu. İnanıram ki, sabahkı matçda istədiklərimizi həyata keçirə biləcəyik. Əminliklə deyə bilərəm ki, turnirin böyüklüyünü və oyunun vacibliyini nəzərə alsaq, böyük matçdır. Bu, karyeramın ən önəmli oyunudur”.












