Pedridən növbəti rekord

Pedridən növbəti rekord

Pedri “Barselona” tarixində 200 oyun keçirən ən gənc futbolçu olub. Yeni rekord İspaniya La Liqasının 36-cı turunda “Espanyol”la oyunda qeydə alınıb.

Pedrinin 22 yaş 171 günündə tarixi uğura imza atıb. O, bu göstəricidə klubun əfsanəsi Lionel Messini geridə qoyub. Messi 200-cü oyununu 22 yaş 273 günündə keçirib. Gənc yarımmüdafiəçinin “Barsa”dakı debütü 2019-cu il sentyabrın 27-də “Vilyarreal”a qarşı görüşə təsadüf edib.

Qeyd edək ki, “Espanyol”la matç “Barselona”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda tarixində 28-ci dəfə İspaniya çempionu tituluna yiyələnib.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” çempion oldu

Növbəti yazı

Yamal Ronaldoya çatdı