Pedri zədəsini sağaldıb
“Barselona”nın yarımmüdafiəçisi Pedri yaşıl meydanlara dönür. O, dörd ayaq nahiyəsindən aldığı zədədən sağalıb.
Bunu Kataloniya klubunun mətbuat xidməti açıqlayıb. Yarımmüdafiəçi noyabrın 4-də keçiriləcək 12-ci tur matçında “Real Sosyedad”la oynamağa hazırdır.
Qeyd edək ki, avqust ayında Pedri məşqdə xəsarət alıb və 6 həftə yaşıl meydanlardan kənarda qalıb.