Pedri “Siti”nin hədəfində
“Barselona”nın futbolçusu Pedri “Mançester Siti”nin maraq dairəsinə düşüb.
“Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola 22 yaşlı həmyerlisinin transferində şəxsən maraqlıdır.
“Siti” rəhbərliyi yarımmüdafiəçi üçün təxminən 100 milyon avro təklif etməyə hazırdır.
İspan futbolçunun “Barselona” ilə müqaviləsi 2030-cu ilin ortalarına qədər nəzərdə tutulub. Onun müqaviləsində bir milyard avro təzminat məbləği mövcuddur.