Pedri “Çelsi” ilə matçı buraxacaq

Pedri “Çelsi” ilə matçı buraxacaq

“Barselona”nın yarımmüdafiəçisi Pedri daha bir matçı buraxacaq. O, UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Çelsi” ilə matçda meydana çıxa bilməyəcək.

Buna səbəb 22 yaşlı futbolçunun sol budundakı zədənin hələ də tam sağalmamasıdır.

Futbolçunun müalicəsinin davam etdiyi bildirilib.

Qeyd edək ki, “Çelsi” – “Barselona” matçı noyabrın 25-də Londonda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Copa Sudamericana”nın qalibi bəlli oldu

Növbəti yazı

“Mançester Yunayted”də ayrılıq