Pedri ”Bavariya”nın hədəfində
“Barselona”nın yarımmüdafiəçisi Pedri komandanı tərk edə bilər. O, “Bavariya”nın maraq dairəsindədir.
Münhenlilər futbolçunu transfer etməyi növbəti mövsüm üçün qarşısına əsas məqsəd qoyub. Kataloniyalılar yarımmüdafiəçi ilə ayrılmaq istəmir. Lakin oyunçunun çoxsaylı əzələ problemləri onları transferə sövq edə bilər.