Paytaxt klubunda yeni müqavilə
“Tottenhem” yarımmüdafiəçisi Olivye Skipplə bağlı qərarını verib. 22 yaşlı futbolçu uzun müddət London təmsilçisində qalacaq.
Paytaxt klubu yetirməsi ilə 2024-cü ilin yayına qədər olan sözləşməsini daha bir neçə il uzadıb. Müqavilənin detalları barədə məlumat verilməsə də, “Tottenhem” tezliklə bunu rəsmən açıqlamağa hazırlaşır.
Qeyd edək ki, 2018-ci ildən “Tottenhem”in əsas komandasına cəlb edilən Olivye Skipp bu mövsüm 28 oyunda meydana çıxıb.