Paytaxt derbisində üç qol, üç penalti

Paytaxt derbisində üç qol, üç penalti

Azərbaycan Premyer Liqasında III tur davam edir. İkinci oyun günündə bir matç baş tutub.

Çempionatın liderləri “Sabah”la “Neftçi” paytaxt derbisində üz-üzə gəlib. İlk iki turda qələbələri sıralayan komandaların duelində meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Düzdür, Kristian Sebalyosun penaltini qaçırdığı ilk yarıda hesabı “Neftçi” açıb. Yusuf Laval fasilə ərəfəsində “Sabah”ın qapısına yol tapıb.

Murad Musayevin yetirmələri ikinci hissədə nəinki məğlubiyyətdən qaçıb, hətta üç xal qazanıb. Meydan sahibləri üç penalti qazandıqları görüşdə digər iki şansdan dəqiq yararlanıb. Öncə Aleksey İsayev, ardınca Emmanuel Apeh 11 metrlik nöqtədən fərqlənib.

Beləliklə, 2:1 hesablı qələbə qazanan “Sabah” xallarının sayını 9-a çatdırıb və zirvədə möhkəmlənib. Dünən start götürən tura sabahkı iki oyunla yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Ronaldoya yeni müştəri

Növbəti yazı

“Mançester Siti” PSJ-nin təklifini bəyənmədi