Payet Braziliya klubunda

Payet Braziliya klubunda

Dimitri Payetin yeni klubu bəlli olub. Fransalı yarımmüdafiəçi karyerasını Braziliyada davam etdirəcək.

36 yaşlı futbolçu “Vasko de Qama”ya keçib. O, Rio-de-Janeyro təmsilçisi ilə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Payet son 6,5 ili “Marsel”də keçirib. Yarımmüdafiəçi Fransa klubundan bu yay azad agent kimi ayrılıb.

e-Topaz

Əvvəlki yazı

Sinner finalda

Növbəti yazı

“Filadelfiya”dan Harden qərarı