Pavar üçün 35 milyon
Bencamin Pavar “Bavariya”dan ayrılmağa yaxındır. Almaniya klubu 26 yaşlı müdafiəçini satmağa hazırdır.
Mateys de Liqti heyətinə qatan münhenlilər fransalını heyətdə saxlamağa ehtiyac duymur. “Bavariya” Pavar üçün 35 milyon avro istəyir.
Müdafiəçi bir neçə klubun maraq dairəsindədir. “Çelsi”, “Yuventus” və “Atletiko” Bencamini heyətində görmək istəyir.