Pavar ”İnter”də
“İnter” Benjamin Pavarın keçidini rəsmiləşdirib. Bu transfer Milan klubuna 30 milyon avroya başa gəlib.
Müqavilənin şərtlərinə görə, “Bavariya” əlavə 2 milyon bonus əldə edəcək. Fransalı müdafiəçi Münhen klubuna komandanı tərk etmək istədiyini açıq şəkildə bildirmişdi. Ötən həftə məşqə çıxmaqdan imtina edən Benjamin sonda istəyinə nail olub.