Paulo Souza istefaya göndərildi
Braziliya A seriyasında baş məşqçi istefası gerçəkləşib. “Flamenqo” Paulo Souza ilə yollarını ayırıb.
Buna “Braqantino”ya məğlubiyyət səbəb olub. X turdakı yenilgi mütəxəssisin postundakı son qarşılaşması kimi yadda qalıb.
Qeyd edək ki, 2021-ci ilin dekabrından “Flamenqo”nu çalışdıran 51 yaşlı portuqaliyalının rəhbərliyi altındakı 32 oyunda 19 qələbə, 7 heç-heçə və 6 məğlubiyyət qeydə alınıb.