Paulista Braziliya klubunda
Qabriel Paulistanın yeni ünvanı müəyyənləşib. Braziliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
35 yaşlı oyunçu “Korintians”a transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, futbolçu ilə 2027-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Qabriel Paulista 2024-cü ildən “Beşiktaş”da çıxış edirdi.












