Patrik Andrade rəsmən “Qarabağ”da
“Qarabağ” heyətinə yeni futbolçu qatıb. Bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Patrik Andradenin komandaya qayıdışı rəsmilıəşib. Kabo-verdeli yarımmüdafiəçi ilə yeni müqavilə imzalanıb.
Onun son klubu Serbiya təmsilçisi “Partizan” olub. 2020-22-ci illərdə də “Qarabağ”da çıxış edən Andrade Premyer Liqada 46 oyunda 6 qol vurub.