Paris-2024-ə daha bir lisenziya

Paris-2024-ə daha bir lisenziya

Azərbaycan Paris-2024-ə daha bir lisenziya qazanıb. Ölkəmiz ardıcıl üçüncü dəfə Olimpiya Oyunlarının tiratlon yarışında təmsil olunacaq.

Rostislav Pevtsov Parisə lisenziya qazanıb. O, artıq üçüncü dəfə Olimpiadada iştirak edəcək. Onun lisenziyasını Dünya Triatlonu təsdiqləyib. Yeni açıqlanan yekun olimpiya reytinqində Pevtsov 52-ci yerdə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Millimiz üçün təqvim

Növbəti yazı

AVRO-2024 üçün 26 futbolçu