Paredes “Yuventus”un hədəfində
Leandro Paredes mövsümün sonunda PSJ-dən ayrıla bilər. Argentinalı futbolçu ilə “Yuventus” maraqlanır.
27 yaşlı yarımmüdafiəçinin müqaviləsi gələn yay başa çatır. Lakin parislilər onun üçün 20 milyon avrodan çox pul tələb edirlər.
İtaliya nəhəngi futbolçu ilə qeyri-rəsmi danışıqlar aparır. Paredes “Yuventus”a keçəcəyi təqdirdə ildə ən azı 7 milyon avro maaş alacaq.