Paredesə La Liqadan müştəri
PSJ-də ayrılıq baş verə bilər. Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Onun xidmətində “Atletiko” maraqlıdır. Futbolçu ötən mövsümü “Yuventus”da icarə əsasında keçirib. Orta xətt oyunçusunun Paris klubu ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.