Paraqvay millisi baş məşqçisi ilə vidalaşdı

Paraqvay millisi baş məşqçisi ilə vidalaşdı

Paraqvay millisi baş məşqçisi Eduardo Berisso ilə yollarını ayırıb. Onun yığma ilə vidalaşmasına DÇ-2022-nin seçmə mərhələsindəki uğursuzluq səbəb olub.

62 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. Paraqvay millisinin XII turda Boliviyaya 0:4 hesabı ilə uduzması mütəxəssisin bu posta son oyunu olub.

12 turdan sonra aktivində 12 xal olan yığma 10 komanda arasında 8-ci pillədə qərarlaşıb. Yığmanı DÇ-2022-yə birbaşa vəsiqə verən 4-cü yerdən 4 xal ayırır.

ETOPAZ

Əvvəlki yazı

DÇ-2022-də pley-offun püşkatma tarixi müəyyənləşdi

Növbəti yazı

Muqurusanı gözləyən ardıcıl 4 turnir