Palmer yenidən zədələndi
“Çelsi”də daha bir itki baş verib. Komandanın futbolçusu Kol Palmer yenidən zədələnib.
İngiltərəli vingerin evində keçirdiyi qəza nəticəsində ayaq barmağı sınıb. Bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.
23 yaşlı ön xətt oyunçusu Premyer Liqada “Börnli” (22 noyabr) və “Arsenal” (30 noyabr), Çempionlar Liqasında isə “Barselona”ya (26 noyabr) qarşı oynamayacaq.
Qeyd edək ki, Kul Palmer qasıq nahiyəsindo olan zədəyə görə 2 aydan çoxdur London təmsilçisinə kömək edə bilmirdi.












