Palmer Lempardın göstəricisini təkrarladı
“Çelsi” Premyer Liqanın XXXIV turundan təxirə salınmış oyunda “Brayton”la qarşılaşıb. Komanda 2:1 hesabı ilə qalib gəlib.
Matçda hesabı Koul Palmer açıb. Bu, ingiltərəli yarımmüdafiəçinin Premyer Liqanın cari mövsümündə 22-ci qolu olub. O, “Çelsi”nin heyətində bir mövsümdə ən çox çempionat qoluna imza atan 3-cü futbolçu adına şərik çıxıb.
Palmer Frenk Lempardın 2009/10 mövsümündəki göstəricisini təkrarlayıb. Yalnız Cimmi Floyd Hasselbaynk (2000/01 və 2001/02 mövsümlərində 23) və Didye Droqba (2009/10 mövsümündə 29) daha çox qola imza atıb.